Pulun üzərinə tüpürərək ödəniş edən gənc polisə çağırıldı – VİDEO

image-1639137106_fotojet-2021-12-09t171653-870backend

“Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq, polis orqanına çağırılıb”.

Bunu Busaat.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, paytaxt sakini Etibar İskəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması onun diqqətinə çatdırılıb: “O, bu əməlindən peşiman olduğunu deyib, sosial şəbəkələrdə yayılan həmin görüntülərlə görə üzrxahlıq edib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki