Rusiya prezidenti Vladimir Putin MDB-nin qeyri-rəsmi sammitindən sonra Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və Özbəkistan lideri Şavkat Mirziyoyev ilə fərdi ikitərəfli görüşlər keçirib.
Busaat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Qeyri-rəsmi sammitdən sonra Putin Qazaxıstan və Özbəkistan prezidentləri ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib”, – Peskov deyib.
Busaat.az