Rusiya prezidenti Vladimir Putinin böyük mətbuat konfransı dekabrın 19-da keçiriləcək.
Busaat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, mətbuat konfransı ilə eyni gündə həm də Putinlə “Birbaşa xətt” də keçiriləcək.
İlin yekunları ilə bağlı Putinə həm yerli və xarici jurnalistlər, həm də sakinlər sual ünvanlaya biləcəklər.