Qadınların pensiya yaşı azaldılacaq? – AÇIQLAMA

image-16backend

“Yaxın gələcəkdə aparılan islahatlar, o cümlədən pensiya-sığorta sisteminin getdikcə təkminləşdirilməsi nöqteyi-nəzərindən qadınların pensiya hüququ yaşının azaldılması gözləniləndir”.

Bu sözləri qadınların pensiya yaşının artırılmasını şərh edən iqtisadçı Pərviz Heydərov Busaat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, mövcud pensiya-sığorta sistemi qadınların pensiya yaşının azaldılması üçün uyğun deyil:

“2017-ci ilin iyul ayından etibarən hər il qadınlar üzrə pensiya yaşının 6 ay artırılması qanunvericiliyə əsasən tənzimlənir. Hazırda kişilər üçün pensiya hüququ əldə etmək yaşı 65-dir. Qanunvericilikdə qadınlarla kişilərin pensiya yaşlarının bərabərləşdirilməsi nəzərdə tutulub. Əslində məntiqi baxımdan pensiya yaşlarının bərabərləşdirilməsi düzgün yanaşma deyil. Lakin Dövlət Sosial Müdafiə Fondunun mövcud maliyyə vəziyyəti qadınların daha tez pensiyaya çıxmasına imkan vermir”.

Pərviz Heydərov: Qadınların pensiya yaşının azaldılaraq 62 və ya 63 etmək olar

Pərviz Heydərov qeyd edib ki, bir sıra inkişaf etmiş ölkələrdə və Avropa dövlətlərində pensiya sistemi uzunmüddətli inkişaf yolu keçsə də, qadınlar üzrə pensiya yaşı kişilərdən heç də fərqlənmir. Buna baxmayaraq, mental dəyərlər fonunda ölkəmizdə qadınların pensiya yaşının aşağı olması arzuolunandır.

“Gələcəkdə Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsindən asılılığının tamamilə minimum həddə endirilməsi və pensiya-sığorta sisteminin yaradacağı imkanlar fonunda qanunvericilikdə müvafiq dəyişiklik etmək mümkün ola bilər. Bu dəyişiklik nəticəsində qadınların pensiya yaşının azaldılaraq 62 və ya 63 etmək olar”, – deyə Pərviz Heydərov vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki