UEFA Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.
Busaat.az xəbər verir ki, cavab oyunlarından 1/8 finala vəsiqə qazanan 8 komanda bəlli olub.
Türkiyədəki ilk matçda Praqa “Sparta”sına 3:2 hesabı ilə qalib gələn “Qalatasaray” səfərdə eyni uğuru təkrarlaya bilməyib. Rəqibinə 1:3 hesabı ilə uduzan “Cim-Bom” avrokuboklarla vidalaşıb.
“Sparta” ilə yanaşı, “Qarabağ”, İtaliyanın “Milan”, Portuqaliyanın “Benfika” və “Sportinq”, Almaniyanın “Frayburq”, Fransanın “Marsel” və İtaliyanın “Roma” klubları 1/8 finala yüksəliblər. Bu komandalar növbəti raundda İtaliyanın “Atalanta”, İngiltərənin “Brayton”, “Liverpul” və “Vest Hem”, Almaniyanın “Bayer”, Şotlandiyanın “Reyncers”, Çexiyanın “Slaviya” (Praqa) və İspaniyanın “Vilyarreal” kollektivlərinə qoşulacaqlar.