“Qarabağ 360” layihəsinə start verilir

image-22b9c5cd-9b1a-4486-b188-7df1d109f46fbackend

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi-nin maliyyə dəstəyi, Gələcək Naminə İctimai Birliyi -nin təşkilatçılığı ilə “Qarabağ 360” layihəsinə start verilir.
Layihənin əsas məqsədi VR texnologiyası ilə işğaldan azad olunan bölgələrin real vəziyyətinin rəqəmsal arxiv bazasını yaratmaq və gələcək nəsillərə ötürməkdir.
Layihə işğaldan azad edilən bölgələrin görüntülərini VR texnologiyası ilə hazırlanması və bu istiqamətdə təbliğat işlərinin aparılmasından bəhs edir. İlkin mərhələdə işğaldan azad edilən bölgələrə səfərlər təşkil ediləcək və VR texnologiyası ilə hazırda dağıdılmış vəziyyətdə olan yerlərin görüntüləri qeydə alınacaq. Daha sonra qeydə alınmış 360 -lik görüntülər inteqrasiya edilərək VR texnologiyasını dəstəkləyən portallara yerləşdiriləcək. Növbəti mərhələlərdə isə hazırlanmış materiallar təşkilatımız tərəfindən beynəlxalq qurum və təşkilatlara göndəriləcək.
Bundan əlavə ali təhsil müəssisələrində işğaldan azad edilmiş ərazilərə səyahət etmək imkanı olmayan, lakin oradakı real vəziyyəti görmək istəyən gənclər üçün VR başlıqlarla virtual səyahətlər təşkil ediləcək. Virtual səyahət imkanı daha sonra sağlamlıq imkanları məhdud olan və işğaldan azad edilmiş bölgələrə səfər etməyi arzulayan şəxslər üçün yaradılacaq.
Layihənin sonunda beynəlxalq layihələrdə ölkəmizi təmsil edən diaspor fəalları, millət vəkilləri, dövlət qurumlarının nümayəndələri üçün xüsusi təqdimat mərasimi keçiriləcək. Bu mərasimdə tədbir iştirakçılarına layihə haqqında geniş məlumat veriləcək. Bu da öz növbəsində beynəlxalq tədbirlərdə iştirak edən nümayəndələrimizə müasir texnologiyanın yaratdığı imkanlarla işğaldan azad olunan bölgələrin real vəziyyətini sübutlarla göstərmək şansı yaradacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki