“Qarabağ”ın məğlubiyyətinə ağlayan uşaqlar GÖRÜN KİM İMİŞ FOTOLAR/VİDEO

image-65f49243be317202403242403backend

Sosial şəbəkələrdə “Qarabağ”ın Avropa Liqasının 1/8 finalında “Bayer”ə uduzmasına görə ağlayan iki azyaşlı azarkeşin videosu gündəmə gəlib. Ağdam klubunun son dəqiqələrdə buraxdığı qollar balaca tərəfdarların göz yaşlarına səbəb olub.

Həmin uşaqların kimliyi də maraqla qarşılanıb.

Busaat.az xəbər verir ki, azyaşlılar əslində kluba yad uşaqlar deyil. Onlar elə Ağdam klubunun akademiyasının üzvləridir, həm də komandanın fanatıdırlar.

Nihat və Ümid Şükürovlar “Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandalarında çıxış edirlər. Nihat U-9, Ümid isə U-11 komandasının üzvüdür.

Uşaqların atası Sənan Şükürov deyir ki, hər zaman “Qarabağ”ın matçlarına baxırlar. Bakıdakı matçların çoxunu elə stadiondan izləyirlər: “Onları stadiona aparıram. Hər ikisi futbolla yatır, futbolla qalxır. Mən özüm də futbolçu olmuşam. Azərbaycan U-19 millisinə qədər yüksəlmişəm, zədə səbəbindən vidalaşmalı olmuşam. İndi uşaqlar bu yolu davam etdirirlər. Onlar “Qarabağ”ın çılğın fanatlarıdır, hər oyununu izləyirlər”.

Balaca Ümid isə ötən gün “Qarabağ”ın “Bayer”ə son dəqiqə qolları ilə uduzmasında hakimi günahlandırıb: “Mən vətənpərvər və “Qarabağ”ın oyunçusu kimi deyirəm ki, qələbəyə layiq idik. Həmişəki kimi hakim ədalətsizliyi ilə üzləşdik. Bu ədalətsiz qərarların fonunda uduzduq. Şəxsən qardaşımla mən səhərə kimi yatmamışıq. Demək olar ki, ağlamışıq”.

(Qafqazinfo)

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90