“Qarabağ” – “Molde” oyunu üçün satılmış biletlərin sayı açıqlanıb

image-qarabag-ve-moldebackend

Bakıda “Qarabağ” və Norveçin “Molde” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunu üçün indiyədək satılmış biletlərin sayı bəlli olub.

Bu barədə Busaat.az-a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, bu vaxtadək 19 min bilet alınıb.

Bundan əlavə, klub rəsmisi rəqib azarkeşlərin “Molde”yə dəstək vermək üçün Bakıya gəlmədiklərini bildirib.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq matç saat 20:45-də başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90