Məzmuna keç
  • Azeri Light125.00 $▲2.05%
  • Brent neft110.29 $▲0.07%
  • WTI neft101.48 $▲0.06%
  • Avropa qazı (TTF)97.10 €▼1.77%
  • Təbii qaz (ABŞ)3.042 $▲0.46%
  • Qızıl4 042 $▼0.21%
  • Gümüş52.80 $▼0.90%
  • Pambıq78.17 ¢▼0.12%
  • Buğda599.25 ¢▼0.04%
  • Bitcoin80 178 $▼1.32%
  • Ethereum2 322 $▼1.49%
  • S&P 5007 744▲0.27%
15°Bakı
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
  • USD1.7000
  • EUR1.8945▲0.0038
  • 100 RUB2.1118
  • GBP2.2645▲0.0044
  • TRY0.0341
  • AED0.4628
  • CNY0.2552▲0.0003
  • GEL0.6554▲0.0003
  • 100 KZT0.3733▲0.0010
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0772▲0.0003
  • CHF2.0518▲0.0035
Analitika

"Qarabağdakı zəfər ilə xalqımızın əhval-ruhiyyəsi də dəyişib" - EKSPERT RƏYİ

image-zefer
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

Bu gün Azərbaycan 30 il davam edən işğala son qoymuş və ərazi bütövlüyü təmin etmişdir. 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixində əlamətdar hadisəyə çevrilmişdir.

Azərbaycan siyasi-ictimai fikrində önəmli söz sahibi olan hər kəs bu günün önəmi və vacibliyi barədə müxtəlif fikirlər irəli sürmüşdür.

Busaat.az Zəfər Gününün önəmi və tarixi zərurəti ilə bağlı politoloq İlyas Hüseynovun fikirlərini öyrənib:

image-yap_ilyas_140320

“Bu gün şanlı qələbəmizin 2 ili tamam olur. 27 Sentyabrdan başlayaraq 44 gün davam edən Vətən müharibəsi mədəniyyət simvolumuz, incəsənət beşiyimiz Şuşanın işğaldan azad olunması ilə bitdi. Ermənistan çıxılmaz vəziyyətdə qaldığını görərək kapituliyasiya aktının imzalanmasına razılıq verdi. Eyni zamanda Azərbaycan ordusu bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Laçın və Kəlbəcər rayonlarını işğaldan azad etdi. 2 ildir zəfər qazanan Azərbaycana baxanda görürük ki, bu müddət ərzində ölkəmiz dəyişib, vətəndaşlarımızın əhval-ruhiyyəsi dəyişib, ölkəmizə münasibət dəyişib. Bunun nəticəsidir ki, Azərbaycan həm Şərq, həm də Qərb aləmində sayılıb seçilən ölkələrdən birinə çevrilib. Ali Baş Komandan cənab İlham Əliyevi dünyanın mötəbər beynəlxalq tədbirlərinə dəvət edirlər. Cənubi Qafqazda sülh quruculuğu prosesi ilə bağlı ona suallar ünvanlayırlar”.

Politoloq həmçinin müharibə zamanı Azərbaycanın apardığı informasiya müharibəsinə də diqqət çəkib: “Eyni zamanda vətən müharibəsinin gedişi zamanı cənab prezident İlham Əliyev dünyanın aparıcı KİV-lərinə çoxsaylı müsahibələri ilə həm Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əsas sima kimi iştirak edirdi, həm də erməni təbliğat maşınının darmadağın edilməsində fəal rol oynadı. Azərbaycan silahlı qüvvələri, diplomatiyamız, bütün dünya azərbaycanlıları bir yumruq kimi birləşərək dəmir yumruğu təşkil etdilər. Bunun nəticəsində Azərbaycan tarixi qələbə qazandı”.

İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri barədə məlumat verən ekspert bildirib: “Biz işğaldan azad edilmiş ərazilərdə sürətli yenidənqurma və bərpa işləri ilə gündəlik tanış oluruq. Əsas məsələ keçmiş məcburi köçkünlərimizin təhlükəsiz şəraitdə öz evlərinə, doğma yurd yuvalarına qayıtmasını təşkil etməkdir. Bunun uğrunda bu gün siyasi mübarizə aparılır. Sərhədlərin delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, eləcə də sülh müqaviləsinin imzalanması bu gün danışıqların əsas predmetini təşkil edir”.

Sonda Şuşanın əhəmiyyətinə toxunan ekspert əlavə edib: “Düşünürəm ki, Şuşanın fəth edilməsi və Şuşanın Azərbaycana qaytarılması dünyanın hərb tarixinə düşəcək bir hadisədir. Eyni zamanda bizim musiqi beşiyimizin də düşmən əsarətindən qurtarılmasıdır. Təsadüfi deyil ki, Şuşada bu gün mötəbər tədbirlər keçirilir. Xarı bülbül musiqi festivalı, Vaqifin poeziya günləri və digər siyasi, iqtisadi, sosial və mədəni tədbirlər Şuşamızın füsunkar təbiəti ilə təmas qurmağa imkan yaradır. Eyni zamanda yeni geosiyasi reallığın təbliğatı bu tədbirlər vasitəsilə həyata keçirilir. Bu gün tarixi gündür, bu münasibətilə bütün xalqımızı təbrik edir və yeni-yeni qələbələr arzu edirəm”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90052