Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 400 $▲2.01%
  • Ethereum1 830 $▲3.47%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Qaxa 12 sm qar yağıb - Faktiki hava

image-hava-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Busaat.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi 12-si axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Bakıda və Abşeron yarımadasında səhər saatlarından yağış yağır, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-28 m/s-dək, Mingəçevirdə 25 m/s, Naftalanda 22 m/s, Goranboyda 19 m/s, Lerik, Tərtərdə 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 12 sm, Qrızda 10 sm, Göygöl, Şəkidə (Kişçay) 7 sm, Gədəbəydə 6 sm, Altıağacda 3 sm, Qubada 2 sm, Xaltan, Qusarda 1 sm olub.

Şahbuz, Balakən, Daşkəsən, Qəbələ, Göygöl, Şamaxı, Göyçay, Qrızda isə duman müşahidə olunub.

Ölkə ərazisində küləkli hava şəraiti yanvarın 14-dək, yağıntılı hava şəraiti isə 15-dək davam edəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=132617