Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

image-qax-avtoqezabackend

Qax rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Busaat.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında Qax-İlisu avtomobil yolunun rayonun Qaxbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ-2107” və “QAZ-24” markalı avtomobillərin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Mirzəyev Vetxviya Çingiz oğlu və 1981-ci il təvəllüdlü Qulaşvili Mamuka Şota oğlu xəsarət alıblar.

Yaralılar Qax Rayonu Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90