Qayda pozduğuna görə ictimai müzakirələrə səbəb olan 90 AA 013 nömrəli “Maybach” kimindir? – FOTO

image-hokm_22e63eab08f3d6d1dec0cd5c9a4b3b88_eg38y62qikscb1f4nt50backend

Bir neçə gündür ki, qaydanı pozan “AA” seriyalı maşın müzakirələrə səbəb olub. Söhbət avtobus zolaqlarının tələblərini pozan 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobildən gedir.

Bu haqda saytlar da məlumat dərc ediblər. Ancaq məsələnin kökünü araşdırmaq lazım idi. Bəs tez-tez yol hərəkəti qaydalarını pozan bu bahalı avtomobil kimindir?

Qısa araşdırma apardım. Bəlli oldu ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinika”sının sahibi Aytən Quliyevaya məxsusdur. Klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.

Onu da qeyd edim ki, Azərbaycanın “Diamed-Co” adlı ilk şpris zavodu da A.Quliyevaya məxsusdur.

Samir Feyruzov

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90