Məzmuna keç
  • Azeri Light97.62 $▲1.21%
  • Brent neft89.03 $▼0.32%
  • WTI neft82.09 $▼0.16%
  • Avropa qazı (TTF)83.43 €▲2.86%
  • Təbii qaz (ABŞ)3.379 $▼0.15%
  • Qızıl3 724 $▼0.01%
  • Gümüş44.95 $▼0.31%
  • Pambıq79.64 ¢▼0.57%
  • Buğda590.25 ¢▲0.94%
  • Bitcoin63 758 $▲1.23%
  • Ethereum1 802 $▲1.57%
  • S&P 5007 324▼0.23%
15°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Cəmiyyət

“QAYO” şirkəti Qurban bayramı ərəfəsində şəhid ailələri və qazilərlə bir arada - Video + Fotolar

image-1-6
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“QAYO” şirkətinin kollektivi müqəddəs Qurban bayramı ərəfəsində şəhid ailələri və qazilərlə bir araya gəlib.

Busaat.az xəbər verir ki, şəhər məkanlarından birində keçirilən görüş Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad etməklə başlayıb.
Şirkətin kollektivi şəhid ailələri və qazilərlə birlikdə bayramı qeyd edib, onlarla xoş anlar keçirdib. “Qayo” şirkətinin rəhbər Anar Qəhrəmanov çıxışında hər zaman şəhid ailələri və qazilərin yanında olduğunu vurğulayıb:
“Bizə qələbə sevinci yaşadan Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əlbəttə ki, hər zaman şəhid ailələri və qazilərimizin qayğısına qalırlar. Biz vətəndaşlar da bundan örnək götürüb, qanı bahasına torpaqlarımızı qaytaran şəhidlərimizin bizə əmanət qoyub getdiyi aiələlərini unutmamalıyıq. 30 il həsrətini çəkdiyimiz torpaqların Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının yorulmaz və məqsədyönlü siyasəti sayəsində bizə qaytarılması tarix boyu yaşadığımız ən böyük sevinc, əvəzsiz uğurdur. Torpaq həsrəti ən böyük həsrətdir. Cənab Prezidentimiz hər bir azərbaycanlının bu həsrətinə son qoydu”.

Şirkət kollektivi qonaqlara qurban payı paylayıb.

image-1-1

image-1-2

image-1-3

image-1-4

image-1-5

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=140716