Qazaxda dəhşətli qəza: Yük maşını qatarla toqquşdu

image-indirbackend

Mayın 22-də saat 17:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Busaat.az Apa.az-a istinadən xəbər verir ki, bu barədə  TƏBİB-dən bildirib.

“Hər birinə ilkin zəruri tibbi xidmət göstərilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərin müalicəsi xəstəxananın Cərrahiyyə və Təcili tibbi yardım şöbələrində davam etdirilir. Xəsarət alanlardan 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır ,1 nəfərin isə vəziyyəti stabil qiymətləndirilir”, məlumatda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki