Qazaxıstanın Manqıstau vilayətində bir ailənin beşi uşaq olmaqla yeddi üzvü qazdan zəhərlənərək ölüb.
Busaat.az oxu.az-a istinadən xəbər verir ki, ölənlərin hamısı Özbəkistan vətəndaşıdır.
Məlumata görə, hadisə fərdi yaşayış evində qeydə alınıb. İlkin ehtimala əsasən, insident qaz avadanlığından düzgün istifadə edilməməsi səbəbindən baş verib.#
Faktla bağlı araşdırma aparılır.