Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.20 $▼2.12%
  • WTI neft90.36 $▼1.83%
  • Avropa qazı (TTF)89.05 €▼0.66%
  • Təbii qaz (ABŞ)3.031 $▲1.61%
  • Qızıl4 076 $▲0.64%
  • Gümüş52.03 $▲1.20%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.00 ¢▲0.04%
  • Bitcoin75 505 $▼0.61%
  • Ethereum2 223 $▼0.52%
  • S&P 5007 354▼4.36%
12°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Cəmiyyət

Qazilərin əlillik təyinatını kim verir? – Anar Bayramov haqqında ŞOK İDDİA

image-media-286959655_3053744121606188_6588482489420635759_n-xrqoecwasnkflv9yt1pj
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra ölkə başçısı , Ali Baş Komandan İlham Əliyev Qarabağ döyüşlərində sağlamlığını itiriən qazilərlə bağlı önəmli addımlar atdı. Sözsüz ilk görülən möhtəşəm iş “YAŞAT” Fondununyaradılması idi. Məhz bu fondun apardığı işlər nəticəsində minlərlə qazimiz reabitasiyadan keçdi və sağlamlığına qovuşdu. Zaman keçdikcə qazilərimiz başqa bir problemlə üz-üzə qaldılar. Onlar əlillik almaq üçün çətinliklə qarşılaşdıqlarını açıqladılar. Qazilərimiz bir neçə dəfə buna görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası da keçirtdilər.

Amma görünən o idi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi problemin həllində maraqlı deyildi. Bundan sonra aydın oldu ki, məhz əlillik ala bilməyən qazilərimiz sonda intihar edir.  Hərbi ekspert Ədalət Verdiyev mütəmadi olaraq bu problemi nəzarətdə saxladığını İTV-ni efirində də açıqladı. Ekspert veriliş zamanı əlillik dərəcələrinin verilməsində yaranan problemin günahkarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin olmasını açıqladı. Mətbuatın və sosial şəbəkələrin b problemdən bu qədər yazmasına baxamayaraq hələ də öz həllinin tapmamasının əsl səbəbi nədir?

Qazilərin əlillik təyinatını verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Tibbi-Sosial Ekspertiza Agentliyidir. Bu gün sosial şəbəkələrdə yayılan xəbərə görə agentliyin  sədri Anar Bayramov özü hərbi xidmətdə olmayıb.

Anar Bayramov haqqında internetdə araşdırılma aparan hər bir şəxs görər ki, onun dosyesində həqiqətəndə hərbi xidmət olması ilə bağlı məlumat yoxdur. Əsgərlikdən yayınan bu adam necə ola bilər ki, qazilər haqqında doğru-düzgün qərar qəbul edə bilər?! Azərbaycanda nə qədər qazi hələdə əlillik təyinatını ala bilmir. Son olan hadisələrdə elə məhz bu adam günahkardır.

Hər gün keçdikcə qazilərin intihar xəbərlərinə öyrəşirik. Niyə axı?! Erməni gülləsinin öldürə bilmədiyi igidləri, bu cür insanların laqeydliyi, etinasızlığı ölümə məhkum edir. Anar Bayramovdan niyə hesab tələb edilmir?! Mən əminəm ki, o igidlər düşmənlə döyüşən zaman Anar Bayramov və onun kimilər kabinetlərində oturmuşdular. Bu adam faktiki qazilərə düşmən kəsilib. Bunun başqa açıqlaması yoxdur!

Nə zamana qədər belə olacaq?!

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=78976