“Qərbi Azərbaycan: Unudulmaz izlər” layihəsi çərçivəsində Karsda beynəlxalq forum keçirildi – FOTO / VİDEO

image-0e9fdfb948094e6291897d4dd589b60d14520251328906backend

QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi Qərbi Azərbaycanın zəngin mədəni irsini, tarixi yaddaşını və kulinariya ənənələrini nümayiş etdirmək, bu irsi daha geniş auditoriyaya tanıtmaq və gənc nəslə ötürməkdən ibarət idi. Forum Azərbaycan-Türkiyə münasibətləri kontekstində ortaq tarix yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Forum iştirakçıları öncə Azərbaycan və Türkiyənin ərazi bötüvlüyü uğrunda şəhid olmuş iğid oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Türkiyə və Azərbaycan dövlət himnləri səsləndirildi.

Kafkas Universiteti Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün rəhbəri Prof. Dr. İlkin Gulusoy çıxış edərək bildirdi ki, “Qərbi Azərbaycan məsələsi yalnız bir regionun deyil, bütövlükdə türk dünyasının tarixi yaddaşıdır. Bu cür tədbirlər mədəni mirasın yaşadılması baxımından son dərəcə dəyərlidir.”

“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək bildirdi ki, “Qərbi Azərbaycanın mədəni irsini dünyaya tanıtmaq bizim tarixi və mənəvi borcumuzdur. Layihəmiz bu istiqamətdə mühüm addımlardan biridir.”

Qafqaz Universitetinin rektor müavini Professor Dr. Engin Kılıç çıxışında bu cür tədbirlərin akademik və ictimai əhəmiyyətini vurğuladı. Çıxışında Qərbi Azərbaycanın tarixinə, Azərbaycan türklərinin bölgədə yaşadıqları haqsızlıqlara, demoqrafik dəyişikliklərə də toxunan professor Doktor Kılıç məcburi köçə məruz qalan Azərbaycan türklərinin yaşadıqları faciələri, bu köçün səbəblərini və nəticələrini iştirakçılarla bölüşüb. Forumun məhsuldar və uğurlu keçməsini arzulayan Professor Dr.Kılıç bütün iştirakçılara uğurlar arzulayıb.

Azərbaycanın Karsdakı Baş konsulu Zamin Əliyev çıxış edərək bildirdi ki, “Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri bu cür layihələrlə daha da möhkəmlənir. Qərbi Azərbaycan bizim milli kimliyimizin ayrılmaz hissəsidir.”

Əslən Qərbi Azərbaycandan olan Kars Bələdiyyə Başçısı Prof. Dr. Ötüken Senger çıxış edərək bildirdi ki, “Bu cür tədbirlər şəhərimizin beynəlxalq mədəni platformaya çevrilməsinə də töhfə verir. Qərbi Azərbaycan məsələsinin insanlıq tarixində yeri böyükdür.”
Naxçıvan Muxtar Respublikasının Ali məclisinin deputatı Üzeyir Məmmədov çıxış edərək bildirdi ki, “Qərbi Azərbaycan torpaqları bizim tariximizin qan yaddaşıdır. Gənc nəsil bu gerçəkləri öyrənməli və gələcəyə daşımalıdır.”
Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək bildirdi ki, “Gənclər olaraq bu mirası yaşatmaq və dünyaya tanıtmaq bizim vəzifəmizdir. Forum bu baxımdan bizə böyük ilham verir.”

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli çıxış edərək bildirdi ki, “Biz bu kimi layihələrlə həm milli kimliyimizi möhkəmləndirir, həm də beynəlxalq aləmdə Azərbaycan həqiqətlərini tanıdırıq. Dövlət dəstəyi ilə həyata keçirilən bu tədbirlər gələcəyə yönəlib.”

Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova çıxış edərək bildirdi ki, “Qərbi Azərbaycanın kulinariya irsi də bu tarixi yaddaşın ayrılmaz hissəsidir. Biz bu irsi qorumalı və nəsildən-nəslə ötürməliyik.”

Rəsmi çıxışlardan sonra təşəkkür plaketləri və iştirakçı sertifikatları təqdim olundu. Forum Azərbaycan milli musiqlilərindən ibarət konsert proqramı ilə davam etdi. Sonda Qərbi Azərbaycan mətbəxinin incilərindən olan İrəvan kətəsi, İrəvan şirin çörəyi, fəsəli və bir çox şirniyyatlar təqdim olundu və həmçinin İrəvan şəhərinin dağıdılmış tarixi abidələrinin fotoları sərgiləndi.

Fotolar

eb08f9fc4e7c4dd7874d23b963c0b44e14520251541392

b087ef998abb45a6a95b14c67a4cf53f14520251541907

b4a32c1427584fdda8c26f8998fe664114520251656143

fa991d69fcc84669883d8eacf41ac9a914520251724393

4aead6c2d1c24a95a3ecf239a88e710f14520251724722

0842179b08204ef1ab5afc6bbd5b5f9514520251753831

b49e98abf0014735b777f2b9cdc00a9114520251754191

7117b54185034aa0a1cb7ea86e4243c314520251754503

7b145f1fd80b4542bf19e28064e9a59e14520251754863

5a787cf021de4adc88850772df1feac614520251755347

56b16ac951504968bf56c013120de65114520251755863

1051815c460241f39f89159c018cacd2145202517563

dbf9da2be21b4625b276d31b54b6da6814520251756128

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki