2025-ci il 17 may tarixində Xətai ART Studio-da “PeşəkarQənnadçılar” İctimai Birliyinin təşkilatçılığı və AzərbaycanRespublikasının Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən“Qərbi Azərbaycanın yemək inciləri” adlı layihəçərçivəsində möhtəşəm tədbir keçirildi.
Tədbirin məqsədi Qərbi Azərbaycana məxsus qədim vəzəngin kulinariya ənənələrinin öyrənilməsi, qorunması vətəbliğ edilməsi, mətbəx irsinin gələcək nəsillərə ötürülməsi, eyni zamanda bu irsin ictimaiyyət arasında tanıdılmasıistiqamətində fəaliyyətlərin genişləndirilməsi idi. Layihəhəm də mədəni irsin qida mədəniyyəti kontekstində təqdimolunması, gənclərin, qadınların və yaradıcı şəxslərin buprosesə cəlb edilməsi baxımından əhəmiyyətli platformayaçevrildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrundacanlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Daha sonra “Peşəkar Qənnadçılar” İctimai Birliyinin sədriEynur Nağdəliyev açılış nitqi ilə çıxış edərək layihəninməqsədləri və əhəmiyyəti barədə geniş məlumat verdi. O, bildirdi ki, bu təşəbbüs yalnız kulinariya irsini deyil, bütövlükdə Qərbi Azərbaycanın mədəni yaddaşınıqorumağa və gələcək nəsillərə ötürməyə xidmət edir. Onun sözlərinə görə, layihə çərçivəsində toplanmışməlumatlar və hazırlanmış təqdimatlar gələcəkdə kitab vəsənədli film formatında təqdim olunacaq.
Azərbaycan Respublikasının Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Agentliyinin nümayəndəsi Günay Vəliyevaçıxışında vurğuladı ki, bu kimi layihələr qeyri-hökuməttəşkilatlarının mədəni irsin qorunmasında və təbliğindəoynadığı mühüm rolu bir daha sübut edir. O qeyd etdi ki, Agentlik tərəfindən gələcəkdə də bu istiqamətdətəşəbbüslər hərtərəfli dəstəklənəcək.
Qida Təhlükəsizliyi Hərəkatının sədri Məhsəti Hüseynovaisə çıxışında Qərbi Azərbaycanın qida mədəniyyətininyalnız mətbəx sənəti deyil, həm də bir xalqın kimliyini vətarixini yaşadan dəyərlər olduğunu vurğuladı. O, bu irsinhəm mədəni, həm də qida təhlükəsizliyi baxımındanöyrənilməsinin vacibliyini qeyd etdi.
Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədriİradə Rzazadə bildirdi ki, bu kimi layihələr mədəni vəsosial inteqrasiyanı gücləndirir. Onun sözlərinə görə, xüsusilə qadınların və gənclərin bu irslə tanışlığı onlarınsosial-iqtisadi fəallığını artırmaqla yanaşı, mədəniözünüdərkinə də müsbət təsir göstərir.
“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyevçıxışında gənclərin bu cür layihələrə cəlb olunmasınınonların milli-mənəvi dəyərlərlə bağlılığını gücləndirdiyiniqeyd etdi və gələcəkdə bu mövzuda daha geniş miqyaslıfəaliyyətlərin həyata keçirilməsinin vacibliyini vurğuladı.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri XətaiƏləsgərli çıxışında qeyd etdi ki, Qərbi Azərbaycanınmədəni irsi bütövlükdə Azərbaycan xalqının tarixiyaddaşıdır və bu dəyərlərin qorunması hər bir vətəndaşınmənəvi borcudur.
Tədbir çərçivəsində Qərbi Azərbaycan mətbəxinə həsredilmiş rəsm və kulinariya müsabiqələrinin qalibləri elan olundu. Qaliblərə qiymətli hədiyyələr, pul mükafatları vətəşəkkür plaketləri təqdim olundu. Həmçinin tədbiriştirakçıları üçün Qərbi Azərbaycana məxsus müxtəlifşirniyyatlar və yeməklərdən ibarət təqdimat və dadımsessiyası təşkil olundu. Qonaqlar qədim reseptlərəsasında hazırlanmış yeməklərin dadına baxaraq buzəngin mətbəxin dad və təqdimat mədəniyyəti ilə yaxındantanış oldular.
Tədbir tanınmış müğənnilərin iştirakı ilə baş tutan bədiikonsert proqramı ilə yekunlaşdı. Konsertdə milli musiqinümunələri və xalq mahnılarının ifası tədbirə əlavə rəngqatdı.
“Qərbi Azərbaycanın yemək inciləri” layihəsi çərçivəsindəkeçirilən bu tədbir, təkcə kulinariya sahəsində deyil, həmdə mədəni irsin qorunması və təbliği sahəsində ictimai səviyyədə ciddi rezonans doğurdu.