Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft110.51 $▼1.07%
  • WTI neft101.98 $▼1.25%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)2.972 $▼2.56%
  • Qızıl4 017 $▲0.23%
  • Gümüş54.30 $▲0.65%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 391 $▼0.47%
  • Ethereum2 340 $▼0.63%
  • S&P 5007 624▼0.52%
14°Bakı
  • USD1.7004
  • EUR1.9061
  • 100 RUB2.0970
  • GBP2.2754
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542
  • GEL0.6547
  • 100 KZT0.3775
  • UAH0.0376
  • 100 JPY1.0827
  • CHF2.0664
  • USD1.7004
  • EUR1.9061
  • 100 RUB2.0970
  • GBP2.2754
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542
  • GEL0.6547
  • 100 KZT0.3775
  • UAH0.0376
  • 100 JPY1.0827
  • CHF2.0664
Hadisə

“Allahım, ruhumu qəbul elə!” - VİDEO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Texasda qəzaya uğrayan yük təyyarəsinin pilotlarının son sözlərinin stenoqramı yayılıb

Bu barədə “Daily Mail” xəbər verib.

Bildirilir ki, faciə cari ilin əvvəlində baş verib. Həmin vaxt “Boeing 767” təyyarəsi qəzaya uğrayan zaman pilot Şon Arçuleta, kapitan Riki Bleykli və birinci zabit Konrad Jül Askavas həlak olmuşdu.

Belə məlum olur ki, Mayamidən çıxan “Amazon”a aid təyyarədə hər şey son anda pisləşib.

Stenoqramda pilotlardan birinin sürət itirdiklərini dediyi eşidilir.

“Hanı mənim sürətim?”, – deyə o yüksək səslə soruşur.

“Biz dayanmışıq”, – deyə o biri pilot da yüksək səslə cavab verir.

Cümlələrin hansının hansı pilota aid olduğunu müəyyənləşdirmək mümkün olmayıb.

Bir neçə dəqiqədən sonra pilotlardan birinin dua etdiyi eşidilir:

“Allahım, rəhm elə. Allahım rəhm elə”, – deyə pilotun yalvarış səsi gəlir.

Faciəyə anlar qalmış kimsə soruşur: “Nə baş verir?”

Bir anda “Yüksəl!”, – deyə insanların vahiməli qışqırtıları eşidilir.

Sonra isə yəqin ki, yaşama şansının olmadığını anlayan pilotlar şəhadət gətirirlər: “Allahım. Allahım, ruhumu qəbul elə!..”

Qəzanın səbəbləri hələ tam müəyyən olunmasa da, bunun pilot səhvi ola biləcəyi düşünülür.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=527