Qəzzada 100-ə yaxın jurnalist həyatını itirib

backend

2023-cü ilin oktyabrın 7-də HƏMAS terror qruplaşmasının İsrailə hücumu ilə başlayan müharibədə indiyədək 99 jurnalist (92-si fələstinli, 3-ü livanlı, 4-ü israilli) öldürülüb.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən Jurnalistləri Müdafiə Komitəsi qeyri-hökumət təşkilatı məlumat yayıb.

100-dən çox ölkədəki jurnalist birlikləri və assosiasiyaları 26 Fevral – Beynəlxalq Fələstin Jurnalistləri Günündə “Qəzza zolağında öz peşələri üçün indiyədək qeydə alınmış ən təhlükəli müharibəni işıqlandırmağa çalışan” jurnalistlərlə həmrəylik nümayiş etdirərək, öldürülən həmkarlarını yad ediblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki