
"Qəzzada ərzaq qiymətləri həmişəkindən daha yüksəkdir" - UNRWA
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) İsrailin demək olar ki, bütün kənd təsərrüfatı sahələrini dağıdıb nəzarət altına alması səbəbindən Qəzza zolağında ərzaq qiymətlərinin görünməmiş səviyyəyə qalxdığını açıqlayıb.
Busaat.az xəbər verir ki, UNRWA Amerikanın X şirkətinin sosial media hesabında məsələ ilə bağlı açıqlama yayıb.
Bəyanatda Qəzza zolağında demək olar ki, bütün kənd təsərrüfatı sahələrinin məhv edildiyi və əlçatmaz hala gətirildiyi qeyd edilib.
Bəyanatda Qəzza zolağında öz torpaqlarında becərdikləri məhsuldan asılı olan fələstinli ailələrin indi heç bir gəlir mənbəyinin olmadığı və nəticədə bazara getdikləri zaman ərzaq ala bilməyəcəkləri qeyd edilib.
Bəyanatda Qəzzada artan ərzaq qiymətləri ilə bağlı xəbərdarlıq edilərək, bir vaxtlar kilosu 60 sent olan olan pomidorun qiymətinin indi 15 dollara yüksəldiyi qeyd edilib.
Bəyanatda həmçinin vurğulanıb ki, humanitar yardım kənd təsərrüfatı sektoru bərpa olunana qədər Qəzza zolağına məhdudiyyətsiz daxil olmalıdır.
Hökumətin Qəzzadakı Media Ofisinin məlumatına görə, İsrail ordusu bu ərazidəki 178 min hektar kənd təsərrüfatı sahəsinin 94 faizindən çoxunu məhv edib. Bu dağıntı 405.000 ton olan illik kənd təsərrüfatı istehsal gücünü təxminən 28.000 tona qədər azaldıb.
Yeganə























