Qəzzada ölənlərin sayı 66 225 nəfərə çatıb

image-gazze-aa-2366790_1backend

Qəzza zolağında ölənlərin sayı son 24 saatda 77 nəfər artaraq 66 225 nəfərə çatıb.

Busaat.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.

Bildirilib ki, son 24 saat ərzində Qəzza zolağında 77 nəfər ölüb, 222 yaralı xəstəxanalara çatdırılıb.

Həmçinin, mayın 27-dən bəri İsrailin ABŞ rəhbərliyindəki sözdə yardım paylama məntəqələrini hədəf alan sistematik hücumlarında həlak olan fələstinlilərin sayının 2582-yə, yaralı sayının isə 18974-ə yüksəldiyi bildirilib

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayının 66 225 nəfərə, yaralananların sayının isə 168 938 nəfərə yüksəldiyi bildirilir. Qeyd edək ki, Qəzza zolağında minlərlə ölülərin dağıntılar altında qaldığı bildirilir.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki