İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı son 24 saatda 17 nəfər artaraq 67 211 nəfərə çatıb.
Busaat.az xəbər verir kli, Qəzza Səhiyyə Nazirliyi ölən və yaralananların təfərrüatları ilə bağlı yazılı açıqlama yayıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzza zolağının xəstəxanalarında 17 nəfər ölüb, 71 nəfər yaralanıb.
Yanvarın 19-da razılaşdırılan atəşkəsin dayandırılmasından sonra İsrail ordusunun Qəzza zolağında martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 13 min 598 fələstinlinin həlak olduğu, 57 min 849 fələstinlinin isə yaralandığı bildirilib.
Bildirilib ki, mayın 27-dən bəri İsrailin ABŞ rəhbərliyindəki sözdə yardım paylama məntəqələrini hədəf alan sistematik hücumlarında həlak olan və yaralanan fələstinlilərin sayı 2615 və 19182-yə yüksəlib.
İsrailin Qəzza zolağına 8 oktyabr 2023-cü ildə başlayan hücumları nəticəsində ölənlərin sayının 67 211 nəfərə, yaralıların sayının isə 169 961 nəfərə yüksəldiyi bildirilir.
Qəzza zolağında minlərlə ölü hələ də dağıntılar altında qaldığı bildirilir.
Qeyd edək ki, İsrail ordusu Misirdə əldə olunan razılaşmadan sonra Qəzza zolağında atəşkəsin yerli vaxtla saat 12:00-da qüvvəyə mindiyini açıqlayıb. Misirdə əldə olunan razılaşmaya görə, atəşkəsin tərəflər razılaşdığı andan qüvvəyə minməsi nəzərdə tutulsa da, İsrail hökuməti bunu səhər saat 1:30 radələrində təsdiqləyib.
Yeganə








