Məlum olduğu kimi, bu gün “Rəfah” nəzarət-buraxılış məntəqəsi vasitəsilə 400 ABŞ vətəndaşının Qəzza zolağından Misirə buraxılacağı gözlənilir.
KONKRET.az xəbər verir ki, “Əl-Cəzirə” telekanalı ABŞ ilə yanaşı, daha 14 ölkənin vətəndaşlarının bu gün buraxılacağı barədə məlumat yayıb.
Sözügedən ölkələr arasında Azərbaycan vətəndaşlarının da olduğu qeyd olunub.
Bununla yanaşı, həmin ölkələr sırasında Cənubi Koreya, Belçika və Şri-Lanka vətəndaşlarının da olduğu deyilir.
Xatırladaq ki, Misir noyabrın 1-i ölkə ilə Qəzza zolağı arasında yeganə buraxılış məntəqəsi “Rəfah”ın açıldığını elan edib. 90 yaralı fələstinlinin və ikili vətəndaşlığa sahib təqribən 450 əcnəbi vətəndaşın anklavı tərk etməsinə icazə verilib.
***
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə sorğumuza cavab olaraq bildirib ki, 8 Azərbaycan vətəndaşının “Rəfah” nəzarət-buraxılış məntəqəsi vasitəsilə Qəzza zolağından Misirə buraxılması nəzərdə tutulub.Qafqazinfo