Qrip epidemiyası nə vaxt bitəcək? – Tibb elmləri namizədi AÇIQLADI

image-qripbackend

Bu il qışın isti keçməsi ilə əlaqədar viruslar özlərini rahat hiss edir, ona görə də insanları aktiv şəkildə yoluxdururlar.

Busaat.az publika.az-a istinadən xəbər verir ki, bunu URA nəşrinə tibb elmləri namizədi, “Synergy” tibb fakültəsinin eksperti Yevgeni Maşkovski deyib.

Onun sözlərinə görə, qrip epidemiyası fevralın sonunda səngiyəcək və martda başa çatacaq.

Tibb elmləri namizədinin sözlərinə görə, epidemiyanın mart ayına qədər davam etməsi üçün heç bir ilkin şərt yoxdur. Fevralın sonuna qədər yoluxmanın azalması gözlənilir, çünki bu zaman sosial təmasların sayı azalır və virus daha az yayılır.

“Adətən, fevralın sonu – martın əvvəlində, qrip epidemiyası, qripə yoluxma halları tədricən azalır” – Maşkovski deyib.

Onun qeyd edib ki, bu il qripin yüksək yayılma sürətinə məhz hava şəraiti təsir edib:

“Bu il qışın isti keçməsi səbəbindən viruslar özlərini daha rahat hiss edirlər. Çünki aşağı temperaturda onlar daha az aktiv olur, sıfıra yaxın temperaturda isə virus daha yaxşı yayılır”.

Maşkovski insanların qriplə mübarizə üçün profilaktik tədbirlərə az diqqət yetirdiklərindən şikayətlənib:

“Həmçinin, bir çox insanlar havanın istiləşdiyi zaman daha yüngül geyinə biləcəyinizi düşünür. Ancaq bu, hipotermiyaya gətirib çıxarır və xəstəlik davam edir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki