Qrip yüksək hərarət, öskürək, titrəmə, əzələ ağrıları və burun axması kimi simptomlara səbəb olan bir xəstəlikdir.
Xüsusilə qış aylarında artan qrip hadisələri vətəndaşların qorxulu yuxusuna çevrilir.
Busaat.az qripə tutulduğunuz zaman evdə tətbiq edə biləcəyiniz təbii üsulları təqdim edir.
-Bol maye içmək
Qrip səbəbiylə orqanizm susuzlaşır. Bu susuzluğun qarşısını almaq üçün bol maye qəbul etmək qripə qarşı tətbiq edilməli üsullar arasındadır.
-Bitki çaylarından istifadə edin
Qrip virusunu və səbəb olduğu simptomları azaltmaq üçün nanə-limon, ekinezya və cökə kimi bitki çaylarından istifadə edə bilərsiniz.
-Bol C vitamini alın
Qrip immunitet sistemini zəiflətdiyi üçün tərkibində təbii C vitamini olan qidalardan istifadə edin ki, bu da immunitetinizi gücləndirməyə kömək edəcək. C vitamini ehtiyacını ödəmək üçün portağal, limon, qreypfrut, kivi, ispanaq və qovun kimi qidalara üstünlük verilə bilər.
-Duş qəbul etmək
Tərləmə qripin yaratdığı hərarəti azaltmağa kömək edir. Bundan sonra isti duş immunitet sistemini gücləndirə və qripin təsirlərini azalda bilər.
-Bol istirahət edin
Xəstəliyin və bədən yorğunluğunun verdiyi zərərdən asılı olaraq, istirahət və tərləmə qripdən qurtulmağı asanlaşdıracaq.
-İsti duzlu su ilə qarqara edin
Qripin yaratdığı ağrıları və öskürəyi aradan qaldırmaq üçün ilıq duzlu su ilə qarqara edə bilərsiniz.
-Zəncəfil çayı içmək
Bal və limonlu zəncəfil çayı qripə qarşı təsirlidir. Zəncəfil çayı həm də iltihabı azaldan birləşmələri ilə mucusun parçalanmasına kömək edir.
-Sarımsaq istifadə edin
Virus əleyhinə xüsusiyyətlərə malik olan sarımsağı yeməklərə əlavə etməklə və ya çiy qəbul etməklə qriplə mübarizə apara bilərsiniz.