Quru sərhədlərlə bağlı YENİ XƏBƏRGürcüstanla

image-1710353401_d798aa60eb27dde611715f325f6c4beebackend

Qonşu ölkənin xarici işlər naziri sərhədin niyə bağlı qaldığını bilmir…

Pandemiya səbəbindən bağlanan quru sərhədlər artıq bir neçə il keçməsinə baxmayaraq, hələ də açılmayıb. Hazırda Azərbaycan quru sərhədləri bu səbəbdən bağlı olan yeganə ölkədir. Quru sərhədlərinin bağlı olmasının ölkəmizdə ən mənfi amil kimi turizm sektoruna təsiri göstərilir, çünki bu sektorda ötən dövrdə heç bir ciddi irəliləyiş müşahidə edilməyib. Bəzi iddialara görə, Azərbaycan iqtidarı Rusiyadan gələn və ya potensial olaraq gələ biləcək axından narahatdır.

Son olaraq dövlət başçısı İlham Əliyev ötən ilin sonu “Euronews” televiziyasına müsahibəsində sərhədlərlə bağlı danışmışdı. “Əsas beynəlxalq aktorlarla yaxşı siyasi əlaqələri olan, özünü təmin edən iqtisadiyyat və ölkədəki siyasi sabitlik və birlik – bütün bu amillər onu göstərir ki, bizdə daxili risklər yoxdur. Xarici risklər, bəli, var, lakin bu, sərhədlərimizin xaricindəki vəziyyətdən asılı olacaq. Sərhədlərimizin xaricində Şimala doğru müharibə gedir, Yaxın Şərqdə qeyri-sabit vəziyyət mövcuddur, regionumuzda potensial gərginliklər var. Beləliklə, bu, Azərbaycan üçün potensial risk ola bilər. Bu məqsədlə biz sərhədlərimizin müdafiəsinə daha çox diqqət yetirməliyik ki, sərhədlərimiz dostlarımız üçün açıq olsun və bizə zərər vermək istəyənlər üçün isə bağlı qalsın”, – deyə dövlət başçısı bildirmişdi.

Azərbaycan hər zaman şimal və cənub sərhədlərindən zərər gözləyib, həm də görüb. Bunu nəzərə alsaq, Rusiya və İran sərhədlərinin bağlı qalacağını, qərb sərhədlərinin açılacağını gözləmək olardı. Yəni Gürcüstan və Türkiyə istiqamətində quru sərhədlər açılmalıydı, lakin heç biri olmadı. Beləliklə, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadıldı. Xatırladaq ki, martın 11-də Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. Müvafiq qərar baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

Qərarda qeyd edilib ki, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 iyul saat 06:00-dək uzadılsın.

Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılması qonşu ölkədən gələn turistlərin sayının artmasına imkan verəcək.

“Trend” xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ölkənin “Birinci kanal”ının efirində deyib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla quru sərhədlərinin tam açılmasının tərəfdarıdır. Belə ki, bu, Gürcüstana çox sayda turist axınına səbəb olacaq.

Gürcü nazir Azərbaycanın sərhədləri bağlamaq üçün bir sıra əsaslarının olduğunu vurğulayıb.

“Bilirik ki, səbəblərdən biri koronavirus idi və sərhədlər təhlükəsizliklə əlaqədar olaraq bağlanmışdı. Daha sonra regionda bütünlükdə təhlükəsizliklə bağlı hadisələr inkişaf etdi, bu səbəbdən Azərbaycanın mövqeyini, niyə bu cür qərar verdiyini deyə bilmərəm”, – Darçiaşvili deyib.

Artıq 4-cü ilə keçir ki, insanlar yalnız təyyarə ilə ölkə xaricinə çıxa bilirlər. Ən azından Gürcüstan istiqaməti açıla bilərdi ki, bu həm də Türkiyəyə quru sərhədin açılması deməkdir. Sadəcə, bunu etsələr, təbii olaraq suallar yaranacaq ki, şimal və cənub sərhədləri niyə açılmır, hansısa təhlükə varmı? Ona görə də ya hamısı açılmalıdır, ya da heç biri. Hökumət də ikinci variantı seçib.

“Yeni Müsavat”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki