Quş qripi XƏBƏRDARLIĞI

image-aztibb-az_qus_qripi_1_207backend

Braziliyada heyvan sağlamlığı ilə bağlı fövqəladə vəziyyət elan edilib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Braziliyada vəhşi quşlarda yüksək xəstəlik dərəcəsi olan H5N1 virusunun aşkar edilməsidir.

“The Guardian” qəzetində yer alan xəbərə görə, Braziliya Kənd Təsərrüfatı Nazirliyi quş qripi virusunun ilk dəfə aşkarlanmasından sonra 180 gün ərzində heyvan sağlamlığı ilə bağlı fövqəladə vəziyyət elan edib.

Kənd Təsərrüfatı Nazirliyi “quş qripi ilə bağlı milli tədbirləri” əlaqələndirmək, planlaşdırmaq və qiymətləndirmək üçün təcili əməliyyat mərkəzi yaratdığını açıqlayıb.

Kənd Təsərrüfatı Naziri Carlos Favaro rəsmi sosial media hesablarında yerləşdirdiyi videoda qeyd edib: “Bazara, xüsusən də quşçuluq sənayesinə demək istəyirəm ki, ticarət məhdudiyyətləri riski yoxdur, çünki bunlar vəhşi quşlardır”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90