Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubunda məhsuldar ötürmə verib.
Busaat.az-ın məlumatına görə, 27 yaşlı hücumçu “Polis Tero”ya qarşı keçirdikləri V turun matçında ikinci qolun vurulmasında yaxından iştirak edib.
Görüşə start heyətində başlayan Şeydayev 82-ci dəqiqədə əvəzlənib. Matç “Buriram Yunayted”in 2:1 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, forvard IV turda “Trat”a 4:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada iki məhsuldar ötürmə ilə yadda qalıb.