Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.36 $▲4.46%
  • WTI neft88.33 $▲3.59%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.363 $▲2.91%
  • Qızıl3 918 $▼1.58%
  • Gümüş50.60 $▼1.60%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda588.50 ¢▼2.16%
  • Bitcoin70 908 $▼0.47%
  • Ethereum2 009 $▼0.17%
  • S&P 5007 592▼0.33%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
İqtisadiyyat

Rayonlarda UN QITLIĞI yarandı - Bəs buna səbəb nədir?

image-1660238125_un
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son vaxtlar unun qiymətinin bahalaşacağı haqda gəzən xəbərlərin ardından ölkəmizin bir sıra bölgələrində un qıtlığı yaranıb. Vətəndaşların “Xəzər Xəbər”ə müraciətinin ardından əməkdaşlarımız şimal qərb bölgəsində, Zaqatala, Balakən, Qax, Şəki rayonlarında olublar. Məlum olub ki, bu rayonlarda son 1 həftədir ki, un qıtlığı var. Sakinlər bildirirlər ki, satış nöqtələrində un tapmırlar. Bəs buna səbəb nədir?

Busaat.az xəbər verir ki, şimal-qərb bölgəsində artıq bir həftədir ki, mağazalarda un tapılmır.

Satıcıları unu digər rayonlarda un istehsal edən iri dəyirmanlardan tədarük edirlər. Hal hazırda isə bu dəyirmanlardan bilinməyən səbəblərdən bir həftədir ki un gəlmir. Elə yaxınlaşdığımız ilk satıcı unun artıq bir həftə olar ki gəlmədiyindən şikayətləndi. Səbəb olaraq isə Şəkidə fəaliyyət göstərən dəyirmanın işləməməsini dedi.

Sakinlər isə unun olmamasını qiymətinin qalxacağı ilə əlaqələndirdilər.

Hətta Qax rayonunda un tapa bilməyib qonşu rayona üz tutan sakinlərlə də rastlaşdıq.

Şimal qərb bölgəsini unla təmin edən MMC-nin Şəki bölməsindən bildirildi ki, respublikada bütün dəyirmanlarda, o cümlədən bu dəyirmanda da ildə bir dəfə profilaktiki sazlama, dezinfeksiya, tədbirləri aparılır. Bu oxşar müəsisələrdə mərhələlərlə aparılır ki, una təlabat pozulmasın. Müəssisədə bütün tədbirlər artıq başa çatıb və buğda tədarükünə başlanıb.

O da qeyd edilib ki, dəyirman bölgədə olan un tələbatını tam ödəyir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83501