“Real Madrid” fast food restoranlar şəbəkəsinin fəaliyyətə başladığını elan etdi

image-real-madridbackend

“Real Madrid” rəhbərliyi futbol klubu adından restoranlar şəbəkəsi açmaq qərarına gəlib.

Busaat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mənbənin sözlərinə görə, rəhbərlik restoranlarının köməyi ilə “Real Madrid” klubunun brendini bütün dünyada genişləndirməyə ümid edir. “UNO By Real Madrid” adlanacaq ilk restoranın 2023-cü ilin oktyabrında Meksikada açılması planlaşdırılır.

“Real” oynadığı beş oyunun hamısında qalib gələrək İspaniya Primerasının turnir cədvəlinə başçılıq edir. İspaniya çempionatının 6-cı turunun matçında Madrid klubu “Atletiko Madrid”lə qarşılaşacaq. Qarşılaşma sentyabrın 24-də baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90