Regionda qadınların bələdiyyə seçkilərində namizədliyinə dəstək tədbiri keçirilib – FOTOLAR

image-3backend

D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda qadın və qızların bələdiyyələrdə iştiraklarını genişləndiriməklə gender bərabərliyinin təbliği” adlı layihənin icrasını davam etdirir.

5 ay müddətində Masallı və Astara rayonlarında həyata keçirilməsi nəzərdə tutulmuş layihənin məqsədi regionlarda qadın və qızların inkişafına, onları 2024-cu il (22 dekabr) bələdiyyə seçkilərinə daha çox cəlb etməklə, bələdiyyələrdə iştiraklarının genişləndirilməsilə gender bərabərliyinə nail olmağa təşəbbüs etməkdir.

Layihə çərçivəsində Masallı və Astara rayonun hər birində 2 dəfə 2 günlük seminar treninqlərin və hər rayonda 1 dəfə 2 gün olmaqla görüşlərin keçirilməsi planlaşdırılıb. Ümumilikdə 12 tədbir həyata keçiriləcək. Tədbirdə ümumilikdə bələdiyyə seçkilərinə namizəd olacaq 40 qadın (2 qrup*20 nəfər) iştirak etməsi nəzərdə tutulur.

Layihə 2 istiqamətdə həyata keçirilir;

1.Region qadınlarının maarifləndirmə və məlumatlandırması- qadın və qızların inkişafına nail olmaq (Namizədlərin özlərinə inamılarının artması),

2.Seçkili orqanlarda qadın və qızların təmsilçiliklərinin artırılması (saylarının artırılması ilə qərar qəbuletmədə rollarının artırılması)- gender bərabərliyinə nail olmaq.

Bələdiyyə seçkilərində namizəd olmaq istəyən qadınlar bələdiyyələr haqda, bələdiyyə seçkiləri ilə bağlı qanun haqda və seçki prosesinin aparılması ilə bağlı maarifləndiriləcəklər. Aşağıdakı işlər həyata keçiriləcək;

1. Qadınlar arasında sorğu anketləri vasitəsilə 2024-cü il bələdiyyə seçkilərində namizəd olamaq istəyən qadınlar müəyyən ediləcəklər.

2. Qadınlar arasında liderlik bacarıqlarının inkişafı

3. Namizəd qadınların hazırlanması.

4. KİV nümayəndələri və yerli QHT-lərlə görüşlər;

5. Yerli hakimiyyət orqanları ilə görüşlər;

6. Seçki dairə və məntəqələrində görüşlər.

06-07 sentyabr 2024–cü il tarixlərində keçirilən görüşlərdə bələdiyyə seçkilərinə hazırlaşdırılan qadınların cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşü keçirildi. Görüşdə 2024-cü il bələdiyyə seçkilərində namizəd olmaq istəyən qadınlar özlərini təqdim edərək, seçki platformaları haqda məlumat verdilər və görüş iştirakçılarının suallarını cavablandırdılar.

Görüşdə siyasi partiya təmsilçiləri, QHT, KİV, bələdiyyə nümayəndələri kitabxana və tibb işçiləri, müəllimlər, evdar qadınlar, sahibkarlar və s. ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Sonda namizəd olmaq istəyən qadınlar qonaqlara “bizi bələdiyyə üzvü olaraq görürsünüzsə- seçki günü bizə səs verilməsinə köməklik edin”- çağırışı da etdilər.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki