Rəsmi bayram günü

image-106526_o5aianfwz1backend

Ölkəmizdə bir çox rəsmi bayram günləri mövcuddur.

Bunlardan biridə 8 mart-Beynəlxalq Qadınlar Günüdür. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər. Qadınlar bayramı Azərbaycandada geniş yayılıb. Bir Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında, gələcək nəsillərə ötürülməsində çox böyük rolu vardır.Qadınlar həyatın mənası, sonsuz incisidir.

Qadın bu ad çəkiləndə belə ürəklərdə bir-başqa duyğu yaranır. Bir qadın, bir ana düşün ki, bir evin ayaqda sağlam qalması üçün ən sağlam dirəyi, övladın cənnət mələyidir. Heç bir varlıq anayla bərabər tutula bilməz.

Ümummilli lider Heydər Əliyev 8 mart-Beynəlxalq Qadınlar bayramı ilə bağlı seyirdi: “Bu bayram,doğurdan da bizim bütün bayramlar içərsində gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona göstərilən yüksək qiymətə layiqdirlər ki,onlar anadırlar”.

Ölkəmizdə qadın adı həmişə uca tutulmuşdur.Azərbaycan xanımı hər zaman öz zəkası,düşüncəsi, əxlaqı ilə seçilmişdir.Təqvimin ən gözəl günlərindən biridir bu gün. Qadınlara daima qayğı göstərməliyik yalnız 8 mart günü deyil, hər gün bunu etməliyik.

Əziz xanımlar, daima sevib-sevilin. Sizə sevib-sevilmək yaraşır. Daima üzünüz gülsün. Bayramınız mübarək, dəyərli xanımlar.

NazəninDadaşova, Nəsimi rayon könüllüsü

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90