Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft92.75 $▲0.34%
  • WTI neft87.29 $▲0.75%
  • Avropa qazı (TTF)86.79 €▲2.16%
  • Təbii qaz (ABŞ)3.353 $▲1.88%
  • Qızıl4 043 $▼0.27%
  • Gümüş52.69 $▲0.31%
  • Pambıq82.64 ¢▲5.58%
  • Buğda596.25 ¢▲0.38%
  • Bitcoin73 755 $▲0.08%
  • Ethereum2 057 $▲0.32%
  • S&P 5007 521▼0.37%
12°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Siyasət

Rəsmi Vaşinqtondan Azərbaycanla Ermənistana ÇAĞIRIŞ

image-file-photo-u-s-state-department-spokesman-ned-price-holds-news-briefing-at-state-department-in-washington
FILE PHOTO: U.S. State Department Spokesman Ned Price speaks to reporters during a news briefing at the State Department in Washington, U.S., February 17, 2021. REUTERS/Kevin Lamarque/Pool/File Photo
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ sərhəddə vəziyyətin deskalasiyası üçün Azərbaycan və Ermənistanı dərhal tədbirlər görməyə çağırır.

Busaat.az xəbər verir ki, bu fikirlər ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Praysın bəyanatında yer alıb.

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhəddə zorakılığın artması halını qınayır. Hər iki ölkəni vəziyyətin deskalasiyası üçün dərhal tədbirlər görməklə atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməyə çağırırıq”, – deyə Ned Prays bildirib.

Onun sözlərinə görə, sərhəddə davam edən gərginliklər göstərir ki, bütün həll olunmayan məsələlərə aid olan hərtərəfli həll yolu hər iki ölkə arasında münasibətləri normallaşdıra və region sakinlərinə birlikdə dinc şəkildə yaşamağa imkan verə bilər.

“ABŞ münaqişənin siyasi yolla uzunmüddətli həlli üçün Azərbaycanla Ermənistanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mümkün olan tez bir zamanda substantiv danışıqlara qayıtmağa çağırır”, – deyə N. Prays sözlərinə əlavə edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=53475