Rövnəq Abdullayev işdən çıxarılan vitse-prezidentlərlə belə vidalaşdı – Foto

image-socarbackend

İyulun 22-də SOCAR-ın Baş ofisində Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə vəzifələrindən azad edilmiş şirkətin vitse-prezidentləri ilə görüş keçirilib.

Busaat.az  xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və SOCAR rəhbərliyinin digər nümayəndələri, o cümlədən şirkətdən ayrılan əməkdaşlar çıxış edərək onlara göstərilən yüksək etimada görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Eyni zamanda bundan sonra da Azərbaycan neft-qaz sənayesinin inkişafı naminə səylərini əsirgəməyəcəklərini, şirkətin effektiv idarəçiliyində gənc nəslə məsləhət və tövsiyələri ilə dəstək olacaqlarını qeyd ediblər.

Sonda B. Hüseynova, D. Məmmədova, M. İsmayılova və T. Qəhrəmanova “Fəxri neftçi” döş nişanı verilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90