Roza Zərgərlinin oğulluğu ata-anası haqda elə faktları açdı ki… – İlk dəfə

image-970936_1571426340-734x403backend

Gənc və tanınmış aktyor Corc Qafarov  “Sözünü de” layihəsində qonaq olub.

Busaat.az müsahibəni təqdim edir:

– Pandemiyanı necə keçirirsiniz?

– Qaydalara riayət edirəm. Pandemiya bizim işimizə mane olmadı. Çəkilişlərimiz davam edir, dayanmayıb.

– Hazırda Xəzər Televiziyasında “Ata ocağı” serialına çəkilirsiniz. Çəkilişlər necə gedir?

– Hər şey qaydasındadır. Yaradıcılığımızı göstərə bilirik. Serialımız tamaşaçılar tərəfindən çox yaxşı qarşılanır. “Ata ocağı” baxımlı serialdır.

Serialdan aldığınız qonorar sizi qane edirmi?

– Dünya standartıyla bizdə qonorar yüksək deyil, amma Azərbaycan üçün yaxşıdır.

– Eşitdiyimizə görə, Xəzər Televiziyası sizə aylıq maaş olaraq 1000 manat verir. Nə dərəcədə doğru xəbərdir?

– Tam 1000 manat deyil, o məbləğ civarındadır.

– Azərbaycanda aktyora verilən dəyərdən razısınız?

– Kollektiv olaraq serialda iş rejimi və sair – hər şey qaydasındadır. İşdə mehribançılıq və birlik var. İşçilər aktyorları, aktyorlar texniki heyəti başa düşür. Amma düşünürəm ki, Azərbaycanda aktyor çəkiliş meydanında tamamilə fərqli olmalıdır. Dünyada başqadır, Azərbaycanda isə elə deyil. Təəssüf ki, aktyor çəkiliş meydançasında sıradan biri kimi görünür.

Aktyor sənəti bütün sənətlərdən bir pillə üstündür. Hər hansı işdə hər kəs öz missiyasını yerinə yetirir, amma aktyorlar müxtəlif obrazları yaradır. Aktyor öz həyatını deyil, başqaların həyatını oynayır.

Düşünürəm ki, çəkiliş meydançasında aktyor çox yüksəkdə tutulmalıdır, fərqlənməlidir. Düzdür, hər şey qaydasındadır, aktyorlara hörmət qoyulur. Rejissorlarımız aktyorlarımızla çox gözəl davranırlar.teleqraf

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90