
”Rusiya ordusu heç yerdə bu qədər böyük itki verməmişdir” - Zelenski
Rusiya Ukraynada görülməmiş itkilər verir. İndiyə kimi Rusiya ordusunun 31 batalyon-taktiki qrupu döyüş qabiliyyətini itirib, 360-dan çox tank, 1205 zirehli texnika, 60-a yaxın təyyarə və 80 helikopter məhv edilib.
Busaat.az UNIAN-a istinadən xəbər verir ki, bunu Vladimir Zelenski öz videomüraciətində bildirib.
“Silahlı Qüvvələrimiz düşməni Ukraynaya qarşı müharibəni davam etdirmək istəyindən məhrum etmək üçün hər şeyi edir. Rusiya qoşunlarının itkiləri çox böyükdür.. “Bu, Rusiya ordusuna son onilliklərdə vurulan ən böyük zərbədir. Onlar hələ heç yerdə bu qədər böyük itki verməmişdi” deyə Zelenski bildirib.
Busaat.az
Sərvinaz























