Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.33 $▼1.03%
  • WTI neft90.28 $▼1.13%
  • Avropa qazı (TTF)87.01 €▲1.66%
  • Təbii qaz (ABŞ)3.022 $▼0.03%
  • Qızıl4 105 $▼0.69%
  • Gümüş52.49 $▼1.18%
  • Pambıq79.47 ¢▲1.43%
  • Buğda588.50 ¢▼0.51%
  • Bitcoin74 187 $▼0.72%
  • Ethereum2 106 $▼0.91%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Siyasət

Rusiya səfiri həmsədrlərin gələcəyi ilə bağlı suala cavab vermədi

image-thumb600x0-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Moskva heç vaxt ATƏT-in Minsk Qrupunun həmsədrlik formatında işləməkdən imtina etməyib”.

Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli mediaya verdiyi müsahibəsində deyib.

“Mən deməzdim ki, Rusiya bunu şübhə altına alır. Biz həmişə bu formatı dəstəkləmişik, orada fəal işləmişik və heç vaxt deməmişik ki, ondan imtina edirik. Nazirimizin (Sergey Lavrov-red.) dediyi kimi, problem bizim fransalı və amerikalı tərəfdaşlarımızın bu formatdakı mövqeyi ilə bağlıdır. Hansılar ki, indi Rusiya ilə həmsədrlik formatında işləməkdən imtina edirlər. Burada məsələ daha çox Rusiya ilə bağlı deyil”, – Kopirkin söyləyib.

Səfirin sözlərinə görə, Qərb ölkələrinin bu məsələdə mövqeyi Rusiyanın iştirakı olan digər beynəlxalq formatlara yanaşmaya bənzəyir.

“Bu yanaşma əlbəttə ki, təəssüf doğurur. Çox təəssüf ki, bu halda region ölkələrinin sülh və təhlükəsizlik maraqları geosiyasi və digər ambisiyalara qurban verilir”, – səfir vurğulayıb.

“Bu formatın gələcəyi varmı?” sualına isə Rusiya səfiri onun işinə mane olanlardan soruşmağı təklif edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=75339