“Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır” – Peskov 

image-1648548578_peskov-4backend

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, Moskva Ukrayna böhranının sülh yolu ilə, danışıqlar yolu ilə həllinə sadiqdir.

Busaat.az xəbər verir ki, o, Kremlin danışıqlar prosesini bərpa etməyə hazır olduğunu vurğulayıb.

“Rusiya tərəfi öz açıqlığını və dinc dialoqa hazırlığını qoruyur”, – deyə Peskov izah edib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin vurğulamışdı ki, Moskva Ukraynadakı münaqişənin həlli istiqamətində səylərini Alyaskada ABŞ prezidenti Donald Trampla görüşündə müzakirə etdiyi müddəalara əsaslanır.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki