”Rusiya Ukrayna limanlarını tərk edən gəmilərin təhlükəsizliyini müzakirə etməyə hazırdır ” – Sergey Lavrov

image-566ca522-0061-4af9-9185-676b7dfa6e1ebackend

Rusiya Türkiyə ilə gəmilərin buğda ilə hərəkət təhlükəsizliyini müzakirə etməyə hazırdır – gəmilər Ukrayna limanlarından üzməlidirlər.

Bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlut Çavuşoğlu ilə Ankarada birgə keçirdiyi mətbuat konfransında deyib

«Rusiya Ukrayna limanlarını tərk edən gəmilərin təhlükəsizliyini müzakirə etməyə hazırdır. Biz, bu məsələni türkiyəli həmkarlarımızla müzakirə etməyə hazırıq. Əgər Ukrayna tərəf minalardan təmizləməyə hazır olarsa, Rusiya da hazırdır» – Lavrov deyib.
Öz növbəsində, türkiyəli nazir qeyd edib ki, Ankara Qara dənizdə «buğda dəhlizi» planının yaradılmasını real hesab edir.

«Ukrayna buğdasının beynəlxalq bazarlara tədarükünün müxtəlif ideyaları irəli sürülüb. O, cümlədən sonuncu, BMT öz planını irəli sürüb. Söhbət o plandan gedir ki, o, BMT, Rusiya, Ukrayna və Türkiyə dördtərəfli əməkdaşlıq mexanizmini nəzərdə turur. Türkiyə bu planı həyat əhəmiyyətli hesab edir. Ancaq ilk növbədə, Rusiyanın və Ukraynanın razılığı lazımdır» – Çavuşğlu deyib.

(«Anadolu»)

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90