Rusiya və Şimali Koreyanın müdafiə nazirləri görüşüb

image-2024_11_20241129_2_66610549_107134427jpg-1732881230backend

Rusiyanın müdafiə naziri Andrey Belousov və Şimali Koreyanın müdafiə naziri No Kvanq Çol iki ölkə arasında hərbi əməkdaşlığı müzakirə ediblər.

Busaat.az xarici mediaya istinadla xəbər verir ki,  Belousov Şimali Koreyanın paytaxtı Pxenyana səfəri çərçivəsində Şimali Koreyanın müdafiə naziri No Kvanq ilə görüşüb.

Görüşün əvvəlində verdiyi açıqlamada Belousov Şimali Koreyanın dost ölkə olduğunu ifadə edərək deyib:

“İki ölkə liderləri arasında etibarlı qarşılıqlı əlaqə Rusiya-Şimali Koreya əlaqələrinin möhkəmlənməsində əsas rol oynayır. İkitərəfli əlaqələr bütün sahələrdə inkişaf edir”.

İyun ayında Rusiya ilə Şimali Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalandığına diqqət çəkən Belousov müqaviləni şərh edib:

“Bu müqavilə Şimal-Şərqi Asiyada sabitləşdirici rol oynayır, bölgədə güc balansının qorunmasına müsbət töhfə verir və yenidən münaqişə riskini azaldır”.

Belousov iki ölkə arasında yüksək səviyyəli razılaşmaların həyata keçirilməsinin tərəfdarı olduqlarını bildirib.

 

Zeyd Bağırzadə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki