Rusiya XİN: Ermənistanla razılaşmalara sadiqik

image-665fdd0ead425665fdd0ead4261717558542665fdd0ead423665fdd0ead424jpg-1732876335backend

Rusiya Ermənistanla razılaşmaların bütün spektrinə sadiqdir və hərbi-siyasi sahədə öz öhdəliklərindən imtina etmir.

Busaat.az apa-ya istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya-Ermənistan ictimai forumunda bildirib.

“Moskva həm ikitərəfli səviyyədə, həm də Avrasiya məkanında birlik çərçivəsində bütün razılaşmalara sadiq olub və sadiq qalır. Biz müttəfiqlərimiz qarşısında, o cümlədən hərbi-siyasi sahədə öhdəliklərimizdən imtina etmirik”, – Qaluzin vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki