Rusiyada 4 ay sonra ən pis yoluxma statistikası qeydə alındı

image-koronavirus_0241backend

Rusiyada aprelin 10-dan bu günə qədər ilk dəfə olaraq koronavirusa 12 mindən çox yoluxma halı aşkar edilib.

Busaat.az“TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın koronavirusla mübarizə üzrə Operativ qərargahı yayıb.

Məlumata görə, ölkədə ötən sutka ərzində 12 248 yoluxma halı qeydə alınıb.

Bununla yanaşı, son 24 saat ərzində Rusiyada 43 nəfər koronavirusdan dünyasını dəyişib, 6209 nəfər isə sağalıb.

Ümumilikdə isə pandemiya dövründə Rusiyada 18 589 221 yoluxma halı aşkar olunub, 382 395 nəfər dünyasını dəyişib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90