Rusiyada qərb tanklarını ələ keçirən əsgərlərə 3 milyon mükafat veriləcək

image-m1a2-abrams-tanki-afp-1742223_2backend

Rusiyanın şərqindəki Zabaykalski rayonunun qubernatoru əyalət əsgərlərinə  məhv edilən NATO tanklarına görə mükafat verəcəyini açıqlayıb.

Busaat.az xəbər verir ki, qubernatorun sözlərinə görə, Leopard tankını ələ keçirən əsgər 3 milyon rubl qazanacaq.

Alman tanklarından birini məhv edənə bir milyon rubl, ələ keçirməyə müvəffəqiyyətlə kömək edənə 7150 dollar , Leopardın məhvinə kömək edənə 2240 dollar mükafat veriləcək .

Amerikanın M1 Abrams tankının müvəffəqiyyətlə ələ keçirilməsi üçün ümumilikdə 1,5 milyon rubl, onun məhvinə görə 500 min rubl ödəniləcək.

Berlin keçən həftə Kiyevə 14 Leopard 2 verəcəyini və digər Avropa ölkələrinə bu tankları  Ukraynaya ixrac etməyə icazə verəcəyini açıqlamışdı.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90