Rusiyalı müdafiəçi ömürlük futboldan uzaqlaşdırıldı

Rusiyalı müdafiəçi ömürlük futboldan uzaqlaşdırıldıbackend
image-uzb_ads_desk

Rusiyanın “Torpedo”, “Anji” və “Arsenal” klublarının sabiq futbolçusu Dmitri Aydov ömürlük futboldan uzaqlaşdırılıb.

Busaat.az xəbər verir ki, buna 38 yaşlı keçmiş müdafiəçinin oyun alqı-satqısında iştirak etməsi səbəb olub.

Onun FİFA və quruma üzv federasiyalar tərəfindən təşkil olunan bütün yarışlara girişinə qadağa qoyulub.

Aydov 2018-ci ildə Belarusun “Qomel” klubunda çıxış edərkən iki oyunun satılmasında ittiham edilir. Onun BATE-yə 0:3, Brest “Dinamo”suna isə 0:6 hesabı ilə uduzduğu matçlara görə 10 min ABŞ dolları aldığı iddia olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki