Rusiyanın Su-27 qırıcısı Qara dəniz üzərində ABŞ-ın RQ-4B Global Hawk kəşfiyyat pilotsuz təyyarəsini ələ keçirib.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“24 oktyabr 2023-cü il tarixində Qara dəniz üzərində Rusiyanın dövlət sərhədinə yaxınlaşan hava hədəfi aşkar edildi. Su-27 qırıcısı hava hədəfini müəyyən etmək və qarşısını almaq üçün onu ələ keçirdi”, – məlumatda deyilir.
“Rusiya qırıcısı ona yaxınlaşarkən, pilotsuz uçuş aparatı Rusiya dövlət sərhədindən geri dönüş edib. Rusiya təyyarəsi isə təhlükəsiz şəkildə öz aviabazasına qayıdıb”, – nazirlik vurğulayıb.
Vüsal Əlizadə,
Busaat.az