Rusiyada miqrasiya məsələləri üzrə yeni federal qanun layihəsi hazırlanır. Layihəyə əsasən söyləmək olar ki, ölkəyə işləmək üçün gələn əcnəbilər üçün qaydalar sərtləşdirilir. Sözügedən qanunvericilik aktı qəbul edilərsə əcnəbilər sabit avans vergisini ödəməli olacaqlar. Qaydaları pozanların işləmələrinə icazə verilməyəcək. Hətta onların rusiyadan deportasiya edilməsi də gündəmdədir. Azərbaycandan bu ölkəyə işləməyə gedənlərin sayının çoxluğunu nəzərə alsaq, məsələ bizim vətəndaşlarımız üçün də aktualdır. Rusiyanın Daxili İşlər Nazirliyi ölkəyə işləməyə gələn əcnəbilər üçün sabit avans vergisinin tətbiq olunmasını təklif edib. Qanun layihəsinə əsasən, əmək fəaliyyətinə başlayan miqrantlara 15 gün ərzində vergi ödəmək tələbi qoyulacaq. Əks təqdirdə qanunu pozan əcnəbilərin sözügedən ölkədə işləmələrinə icazə verilməyəcək. Həmçinin belə şəxslərin Rusiyadan deportasiya olunmaları da gündəmə gətirilib. İşləmək üçün ölkəmizdən Rusiyaya gedənlərin çoxluğunu nəzərə alsaq, qanun layihəsi Azərbaycan ictimaiyyəti üçün də kifayət qədər önəm kəsb edir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir ki, dəyişikliklər həm də miqrasiya prosesini çətinləşdirmək məqsədi daşıyır. Sahib Məmmədovun sözlərinə görə, nəzərdə tutulan avans vergisi ölkədə işləmək üçün icazə sənədinə bərabər tutulacaq. Layihədə əcnəbilər üçün şəxsi məlumatları daşıyan identifikasiya kartlarının buraxılması və miqrantları işə cəlb edən sahibkarların reyestrinin yaradılması nəzərdə tutulur.
Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ!- VİDEO
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib. Bu barədə nazirlik X hesabında paylaşım edib. “Pakistanın qardaş xalqına Pişəvərdə məktəb binasının […]
Nazirlər Kabineti “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun […]
İstanbulda son 41 ilin ən yüksək yağıntı göstəricilərindən biri qeydə alınıb. Qonşu ölkədə müşahidə olunan bu vəziyyət Azərbaycanda, xüsusilə Bakıda […]
Bakıda, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mətbuat Şurasının IX qurultayı keçirilir. Toplantıda ümumilikdə 225 nümayəndənin iştirakı təsdiqlənib. Qurultayda Azərbaycan […]
Elektrik enerjisinin verilişinin keyfiyyətinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 16-da Bakının Yasamal və Xəzər rayonlarında təmir və […]
Oktyabrın 20-də bir sıra vergi bəyannamələrinin təqdim edilməsi üçün son müddət başa çatır. Müəyyən edilmiş vaxtda hesabat təqdim etməyən vergi […]









