Məzmuna keç
  • Brent neft89.97 $▲0.73%
  • WTI neft82.94 $▲0.88%
  • Avropa qazı (TTF)84.45 €▲4.12%
  • Təbii qaz (ABŞ)3.241 $▼4.23%
  • Qızıl3 572 $▼4.08%
  • Gümüş41.97 $▼6.92%
  • Pambıq79.96 ¢▼0.17%
  • Buğda594.50 ¢▲1.67%
  • Bitcoin61 609 $▼0.70%
  • Ethereum1 738 $▼0.97%
  • S&P 5007 176▼2.00%
12°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Dünya

Saakaşvilinin ukraynalı vəkili Gürcüstana buraxılmadı

image-yevgeni
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin ukraynalı vəkili Yevgeni Qruşoveç Gürcüstana buraxılmayıb.

Busaat.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Qruşoveç bir gün əvvəl Ukraynanın Ombudsmanı Lyudmila Denisova ilə birlikdə Tbilisiyə uçub.

Ombudsman ölkəyə buraxılsa da, vəkillə bağlı problem yaranıb və o, geri qaytarılıb.

Qruşoveç isə öz feysbuk hesabında paylaşım edərək bildirib ki, onun Gürcüstana hansı səbəbdən buraxılmadığı izah olunmayıb. Onun pasportu götürülərək ekipaj komandirinə verilib. O, Kiyevə pasportu olmadan geri qayıdıb.

Gürcüstanın rəsmi qurumları məsələ ilə bağlı hələ ki, açıqlama verməyiblər.

Ukraynanın Ombudsmanının sözlərinə görə, insidentlə bağlı müvafiq orqanlara müraciət edəcək.

Qeyd olunur ki, L.Denisova Saakaşvili ilə görüşmək üçün hazırda onun saxlanıldığı 12 saylı Rustavi həbsxanasındadır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=61365