Sabah 5 min abonentin qazı kəsiləcək – bu şəhərdə

image-1696877563_qaz_esas_025684backend

Sumqayıtda Saray körpüsünün ətrafının genişləndirilməsi ilə əlaqədar sabah təqribən 5 min abonentə təbii qazın verilişində fasilə yaranacaq.

Busaat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib.

Qeyd olunub ki, avqustun 14-ü saat 10:00-dan etibarən, “Saray bağları” massivi, “Qurd dərəsi” və 52-ci məhəllə ərazilərində yaşayan 5 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq.

Məhdudiyyət işlər yekunlaşana qədər davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki