Sabahdan direktor olmaq istəyənlər imtahan verəcək

Sabahdan direktor olmaq istəyənlər imtahan verəcəkbackend

Oktyabrın 31-dən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.

Bu barədə Busaat.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

27-28 oktyabr tarixlərində müsahibə mərhələsində iştirak edəcək namizədlərin şəxsi səhifələrinə tarix, saat, məkan və tələb olunan sənədlər barədə məlumat göndərilib.

Qeyd edək ki, müsahibə mərhələsi əyani formatda Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Hər günün sonunda müsahibə nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki